MƏXFİLİK

Məlumatların sənin nəzarətindədir.

Bu siyasət WIGO-da hansı məlumatların toplandığını, niyə istifadə edildiyini və seçimlərini sadə dildə izah edir.

Topladığımız məlumatlar

Google hesabından təsdiqlənmiş e-mail və ad, yaratdığın profil məlumatları, maraqlar, event və kruq fəaliyyəti, mesajlar, yüklədiyin media və təhlükəsizlik üçün texniki sorğu məlumatları işlənə bilər. E-mail ünvanı ictimai profildə göstərilmir.

Nə üçün istifadə edirik

Məlumatlar hesabı işlətmək, uyğun event və insanları göstərmək, mesaj və bildirişləri çatdırmaq, məkan tövsiyələri vermək, sui-istifadəni önləmək və xidmət keyfiyyətini ölçmək üçün istifadə olunur.

Paylaşım və görünürlük

Açıq, dostlar və kruq görünürlüğünü sən seçirsən. Google Places məkan axtarışı zamanı yazdığın axtarış ifadəsi Google Maps Platform xidmətinə ötürülə bilər. Məlumatları reklam məqsədilə satmırıq.

Saxlanma və silinmə

Məlumatlar hesab aktiv olduğu müddətdə və hüquqi/təhlükəsizlik ehtiyacı qədər saxlanır. Profil bölməsindən məlumatlarının JSON nüsxəsini endirə və hesabını silə bilərsən.

Əlaqə

Məxfilik və ya silinmə ilə bağlı sual üçün tətbiq daxilində şikayət/əlaqə kanalından istifadə et.